Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin birinci rübündə Rusiya ilə onun əsas tərəfdaşları olan Türkiyə və Çin arasında ticarət həcmi kəskin şəkildə azalıb.
Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Qəzet bildirir ki, bu, Vaşinqtonun Moskvaya Ukraynadakı işğalçı mnüharibənin ehtiyacları üçün kritik mallar almasına kömək edən beynəlxalq banklara təzyiq göstərməyə başlamasından sonra baş verib.
Ötən ilin sonunda ABŞ kredit təşkilatlarını rusiyalı kontragentlərlə əlaqələri kəsməyə və müxtəlif valyutalarda əməliyyatlardan uzaqlaşmağa məcbur edən icra sərəncamı təqdim edib. Bu barədə yüksək rütbəli Qərb rəsmiləri və üç rusiyalı maliyyəçi məlumat verib.
ABŞ Maliyyə nnnazirinin qlobal məsələlər üzrə müşaviri Anna Morris deyib: “Rusiyanın bu malları almaq üçün maliyyə xidmətləri əldə etməsi daha da çətinləşib. Məqsədimiz pul axınına mümkün qədər mane olmaq və ruslar üçün xərcləri artırmaqdır. Bu sahədə sabitliyin pozulması mühüm nəticədir”.
Məhdudiyyətlərdən yan keçmək üçün əməliyyatlar Rusiya hərbi ehtiyacları ilə bağlı olmasa belə, əlavə vasitəçilər şəbəkəsini genişləndirmək lazımdır. Nəşr yazır ki, bu, komissiyaların və valyuta konvertasiyası üçün xərclərin artmasına səbəb olur:
“Aydan-aya daha çətinləşir. Əvvəlcə dollar, sonra avro, altı aydan sonra heç nə edə bilməyəcəksiniz. Məntiqi nəticə Rusiyanın İrana çevrilməsidir”, - deyə adının açıqlanmayan rusiyalı investor bildirib.
Trade Data Monitor-un məlumatına görə, Türkiyənin Rusiyaya mühüm mülki mallar ixracı 2023-cü ildə 586 milyon dollara yüksəlib ki, bu da münaqişədən əvvəlkindən 5 dəfə çoxdur. Bununla belə, artıq 2024-cü ilin birinci rübündə bu rəqəm əvvəlki rüblə müqayisədə 40 faiz azalaraq 93 milyon dollara düşüb.
ABŞ hakimiyyəti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli şirkətlərlə əməliyyatlara görə banklara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər. Bu, kredit təşkilatlarını rejimin pozulmasının qarşısını almaq üçün Moskva ilə bütün kateqoriyalı əməliyyatları dayandırmağa məcbur edir.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ