İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyadakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-ın Rusiyadakı səfirliyi Amerika vətəndaşlarını Qələbə Günü münasibətilə Moskvada keçirilən kütləvi tədbirlərdə iştirakdan çəkinməyə çağırıb. AzVision.az xəbər verir ki, müvafiq məlumat diplomatik nümayəndəliyin saytında dərc olunub.

Səfirlik diqqəti ötən illərdə Moskvada 9 May münasibəti ilə keçirilən tədbirlərin polis qüvvələrinin çox olması ilə müşayiət etdiyinə yönəldib: "Davam edən gərginliyi nəzərə alaraq, ABŞ vətəndaşları böyük ictimai tədbirlərə baş çəkməkdən çəkinməlidirlər", - bəyanatda deyilir.

Diplomatik missiya amerikalılara ayıq-sayıq olmağı, özləri ilə şəxsiyyət vəsiqəsi daşımağı, həmçinin gözlənilməz hallar zamanı hərəkət planını nəzərdən keçirməyi tövsiyə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR