İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ rəsmisi Türkiyə-Ermənistan münasibətlərindən DANIŞMADI

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel münasibətlərin normallaşdırılması üzrə Türkiyə-Ermənistan danışıqlarını şərh etməkdən yayınıb.

Musavat.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Mənim heç bir şərhim yoxdur. Mən iki maraqlı ölkəyə bu mövzuda danışmaq imkanı verərdim”, - Patel brifinqdə jurnalistin Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin 5-ci görüşünü və ümumilikdə danışıqları şərh etmək xahişinə cavab olaraq bildirib.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin iyulun 30-da Marqara sərhəd-keçid məntəqəsində baş tutan görüşünün yekunlarına dair bəyanat yayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR