İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prezidenti müxalifəti Nümayəndələr Palatasında çoxluğu qazanmaları münasibətilə təbrik edib  


ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının respublikaçı lideri Kevin Makkartini praymerizdə yerlərin əksəriyyətini qazanması münasibətilə təbrik edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.
“Mən Makkartini Respublikaçıların Nümayəndələr Palatasında çoxluq uğrunda mübarizədə qələbəsi münasibətilə təbrik edirəm. Və mən çalışan ailələrimiz naminə respublikaçı qanunvericilərlə işləməyə hazıram”, - deyə prezident bəyanatında bildirib.

Qeyd edək ki, ABŞ Konqresinin aşağı palatasına keçirilən son seçkilərdə respublikaçılar minimum tələb olunan 218 yeri qazanaraq Nümayəndələr Palatasına nəzarəti ələ keçiriblər. Demokratların 208 mandatı var, daha 9 yerin aqibəti hələ bəlli deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR