İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusu çoxməqsədli AMPV zirehli maşınlarından...

ABŞ ordusu köhnəlmiş “M113” zirehli personal daşıyıcılarını ("Armoured Personnel Carrier M113") əvəz etməli olan və “BAE Systems” şirkətinin istehsalı olan çoxməqsədli zirehli maşınlarından (AMPV - "Armored Multi-Purpose Vehicle") yararlanmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.

Nəşrin məlumatına görə, yeni texnikanı ilk olaraq ABŞ ordusunun 3-cü piyada diviziyasının 1-ci zirehli briqadasının döyüş qrupu alıb. Yaxın 20 ildə AMPV-nin ümumi tədarükünün təxminən 3 000 maşın olacağı gözlənilir.

Yeni nəsil döyüş maşınları üzrə inteqrasiya edilmiş qrupun (NGCV CFT - "Next-Generation Combat Vehicles Cross-Functional Team") direktoru, briqada generalı Ceffri Normanın sözlərinə görə, AMPV “M113” ilə müqayisədə daha davamlı, etibarlı və funksional platformadır və bu, ABŞ-ın zirehli texnikasının imkanlarını genişləndirir.

Qeyd olunur ki, AMPV-nin beş variantı mövcuddur, onlar “yaşamaq” qabiliyyəti, qorunma səviyyəsi, çəkisi, ölçüsü, gücü, soyutma sistemi və qabaqcıl idarəetmə və rabitə sistemlərinə görə fərqlənir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR