İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin vitse-prezidenti Münhendə Avropanın təhlükəsizliyindən danışdı - VİDEO

"Tramp administrasiyası Avropanın təhlükəsizliyi ilə bağlı çox narahatdır. Rusiya ilə Ukrayna arasında məntiqli həll yolu tapılacağına inanırıq. O cümlədən, Avropanın öz müdafiəsini təmin etmək üçün gələcəkdə böyük addım atmasının vacib olduğuna inanırıq".

Musavat.com xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Münhen Təhlükəsizlik Konfransında çıxışında bildirib.

ABŞ rəsmisi onu ən çox narahat edən məsələnin Avropanın bəzi ən fundamental dəyərlərindən, Amerika Birləşmiş Ştatları ilə paylaşılan dəyərlərindən geri çəkilməsi olduğunu deyib:

"ABŞ-nin ən böyük narahatlığı Avropaya Rusiya və Çindən gələn təhlükə deyil, Avropanın bəzi ən mühüm dəyərlərindən geri çəkilməsidir. Avropa nəyi müdafiə etdiyini başa düşməlidir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR