İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Kiyevdə, atəş altında Ukrayna prezidenti ilə görüşüb  

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Kiyevdə prezident Vladimir Zelenski ilə görüşüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Börns Zelenskidən başqa Ukrayna kəşfiyyatının nümayəndələri ilə görüş keçirib və ABŞ-ın Rusiyaya nüvə silahından istifadə etməmək xəbərdarlığını müzakirə edib.

Xatırladaq ki, MKİ rəhbəri bundan bir gün öncə Ankarada Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə danışıqlar aparırdı.

Kiyevə raket hücumu zamanı Börnsün ABŞ səfirliyində təhlükəsiz şəraitdə qalıb.

CNN-nin xəbərinə görə, Börnsün səfəri Qərb ölkələrinin Rusiyanın Ukrayna ilə müharibədə nüvə silahından istifadə edə biləcəyindən getdikcə daha çox narahat olduğu bir vaxta təsadüf edib.

Vladimir Zelenski hələlik ABŞ kəşfiyyatının rəhbəri ilə görüşü şərh etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR