İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ məhkəməsi Trampın şirkətini vergi fırıldaqlarında təqsirli bilib

Nyu-Yorkun Manhetten andlı iclasçılar məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus “Trump Organization” konqlomeratını maliyyə fırıldaqları işində təqsirli bilib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bütün dünyada hotelləri, qolf meydançaları və digər daşınmaz əmlakı idarə edən şirkəti cərimələr gözləyir. Dəqiq məbləğ daha sonra Nyu-York ştatının hakimi tərəfindən müəyyən ediləcək.

“Trump Organization” özünü təqsirli bilmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR