Onlayn ictimai-siyasi qəzet
Ağ Ev Venesuela prezidenti Nikolas Maduronu amnistiya müqabilində könüllü olaraq vəzifəsindən getməyi təklif edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Qeyd edək ki, Maduro və onun yüksək rütbəli tərəfdaşları ABŞ-da narkotik alverində və xüsusən də ABŞ-a kokain idxalında iştirakda ittiham olunurlar.
WSJ mənbələrinə görə, ABŞ prezidenti Co Bayden administrasiyası da Maduroya mühakimə olunmayacağı və ekstradisiya edilməyəcəyi vədini verib. Gələn informasiyalara əsasən, ABŞ hələ 2023-cü ildə Dohada gizli danışıqlar zamanı Maduroya eyni şərtlərlə amnistiya təklif edib. Lakin o zaman Venesuela prezidenti hakimiyyətdən vaxtından əvvəl imtina şərtlərini müzakirə etməkdən boyun qaçırıb və o vaxtdan onun mövqeyi dəyişməyib.
Qeyd edək ki, yaxın günlərdə Maduro ABŞ-dan “Venesuellanın daxili işlərinə qarışmamağı” xahiş edərək, Vaşinqtonun “ona hörmət göstərəcəyi təqdirdə danışıqlara açıq olduğunu” bildirmişdi.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ