Onlayn ictimai-siyasi qəzet
ABŞ Maliyyə Nazirliyi 9 şirkət və 9 neft tankerini İrana qarşı sanksiyalar siyahısına daxil edib.
Musavat.com xəbər verir ki, məlumatı nazirliyin yazılı açıqlamasında yer alıb.
Bildirilir ki, şirkətlər və gəmilər “İran nefti və neft-kimya məhsullarının ticarətində iştirak ediblər” və bu da Tehrana “milyardlarla gəlir” gətirir. Açıqlamaya görə, “bu gəlirlər İranın nüvə proqramına, ballistik raketlərin inkişafı və yayılmasına dəstək” və regionda iranpərəst qrupları maliyyələşdirmək üçün istifadə olunur.
Bundan əlavə, Vaşinqton Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarına "silah alverində, çirkli pulların yuyulmasında və qeyri-qanuni İran neftinin daşınmasında rol oynadıqları"na görə ondan çox fiziki şəxsi və qurumu qara siyahıya salıb.
Musavat.com
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ