İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hilton Baku”dakı qiymətlər turistləri təəccübləndirdi - FOTO

“Hilton Baku” hoteldə turistlərin ödədiyi hesab sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Musavat.com xəbər verir ki, turistlər özləri də ödədikləri 1290 manatlıq hesaba görə təəccübləniblər.

Paylaşılan ödəniş qəbzindən aydın olur ki, qonaqlar bir burger üçün 42 manat, 0.75 litr qazlı və qazsız “Sirab” üçün 11 manat, bir nəfərlik sezar salatı üçün 34 manat, kartof qızartmasının bir nəfərlik porsiyası üçün 12 manat, bir porsiya qarışıq kabab setinə 85 manat ödəyiblər.

Müştərilərin ümumi hesabı 1229 manat, servis xidməti isə 5 faiz hesablanıb. Ümumilikdə ödənilən məbləğ 1290 manat olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR