İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın vitse-prezidenti Harrisin iqamətgahına qanunsuz miqrantlar göndərilib

Birləşmiş Ştatlarda kəskinləşən miqrasiya böhranı sözün əsl mənasında vitse-prezident Kamala Harrisin qapısını “döydü”.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Məlumata görə, qeyri-qanuni mühacirlərin olduğu iki avtobus birbaşa onun Vaşinqtondakı iqamətgahına gətirilib.

Könüllülər gəlib hamıya isti yorğan paylayana qədər insanlar yüngül geyimdə soyuqdan titrəyirlərmiş. Bu aksiyanın arxasında kimin dayandığı məlum deyil.

CNN-nin xəbərinə görə, qaçqınları Harrisin evinə Texas qubernatoru tərəfindən şəxsən göndərilib Beləliklə, o, Ağ Evin səylə göz yumduğu problemə diqqət çəkmək istəyib.

Qeyd edək ki, Vitse-prezident daha əvvəl ABŞ sərhədinin “təhlükəsiz” olduğunu demişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR