Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın neft sənayesi təmsilçiləri prezident Donald Trampın vəzifəyə başlamasından bəri ən böyük hüquqi problemlərini həll etmək üçün səylərini artırıblar.
Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal yayıb.
Bildirilir ki, Exxon, Chevron, ConocoPhillips və Hess energi nəhəngi şirkətlərinin rəhbərləri Ağ Evdə prezidentlə görüşdə istixana qazı emissiyalarına görə cəzalar nəzərdə tutan yeni ştat qanunları ilə bağlı suallar qaldırıblar. Mənbələrin bildirdiyinə görə, onlar həmçinin əyalət və yerli hökumətlər tərəfindən Exxon Mobil, Chevron, Shell və digər şirkətlərə qarşı qaldırılan onlarla iqlim iddiasını müzakirə ediblər.
Tramp, ştatların hərəkətlərinin onun "enerji üstünlüyü" gündəmini poza biləcəyini qeyd edərək, sənaye təmsilçilərinin mövqeyi ilə razılaşıb.
Prezident qeyd edib ki, administrasiyanın neft sənayesini dəstəkləmək üçün görə biləcəyi tədbirləri nəzərdən keçirəcək.
Nəşr qeyd edir ki, neft sənayesinin nümayəndələri öz məhsullarına uzunmüddətli tələbatı təmin edəcəyinə ümid edərək, Trampın kampaniyasına on milyonlarla dollar sərmayə qoyublar. Prezidentliyinin ilk həftələri frekinq şirkətləri arasında narahatlıq yaratsa da, Tramp artıq onların tələblərini yerinə yetirməyə, ekoloji qaydaları ləğv etməyə, qazma işləri üçün daha çox ərazi açmağa və təbii qaz ixracını artırmağa başlayıb. İndi sənaye artan təhlükələrlə üzləşdiyi üçün administrasiyanın diqqətini hüquqi problemlərinə cəlb etməyə çalışır.
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ