İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın neft ehtiyatları bir həftədə 1,12 milyon barel artıb

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 1,12 milyon barel artaraq 481,18 milyon barrelə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

Benzinin əmtəə ehtiyatları 6,4 milyon barel azalaraq 229,6 milyon barel təşkil edib. Kommersiya məqsədli distillat ehtiyatları 3,31 milyon barel azalaraq 116,4 milyon barelə düşüb.

Mütəxəssislər neft ehtiyatlarının 1,8 milyon barel, benzin ehtiyatlarının 2,36 milyon barel, distillə ehtiyatlarının isə 1,5 milyon barrel azalacağını gözləyirdilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR