İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın fürsətçi siyasətçiləri Blinkenə Türkiyə ilə bağlı məktub göndərib

 

Bu həftə Vilnüsdə keçiriləcək NATO sammiti öncəsi ABŞ-da Türkiyə ilə bağlı müzakirələr davam edir.

Musavat.com xarici mediaya istinadla bildirir ki, kritik zirvədən əvvəl Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməməsi hələ də gündəmdədir. ABŞ siyasətçiləri isə F-16-nın Türkiyəyə satışını müzakirə edirlər.

Yayılan xəbərə görə, ABŞ-ın 6 siyasətçisi ABŞ dövlət katibi Entoni Blinkenə məktub göndərib. Nümayəndələr Palatasının  yunan lobbisinə yaxınlığı ilə tanınan üzvləri Kris Papas, Qus Bilirakis, Frank Pallone (bu şəxs ayrıca qatı ermənipərəst və qatı türkofobdur), Con Sarbanis, Dina Titus və Nikol Malliotakisin imzaladığı məktubda F-16-nın satışına icazə verilməsi halında müəyyən şərtlərin qoyulmalı olduğu bildirilib. 

Türkiyə ilə Yunanıstan arasında münasibətlərin son vaxtlar normallaşmağa başladığı vurğulanarkən, Türkiyənin Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminə sahib olmasının və bəzi diplomatiya siyasətlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Məktubda  bildirilir ki, F-16-ların və modernizasiya dəstlərinin Türkiyəyə satışı ilə bağlı razılıq əldə olunarsa, Türkiyənin onlardan ABŞ-ın milli təhlükəsizliyini təhdid edəcək şəkildə istifadə etməsinin qarşısını almaq üçün mexanizmlər əlavə edilməlidir.

Fürsətçi siyasətçilərin yazdığı məktubda Türkiyənin İsveçin NATO üzvlüyünə mane olduğu da bildirilib və  əlavə edilib ki, Türkiyənin bölgədəki təcavüzü Egeydə sabitliyi təhdid edir.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR