İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın 2023-cü il büdcə layihəsində “TikTok”a qadağa qoyulması nəzərdə tutulub

ABŞ-ın 2023-cü il büdcəsi haqqında qanun layihəsi Çin mənşəli “TikTok” proqram-tətbiqinin federal dövlət qurumlarının əməkdaşları tərəfindən istifadəsinin qadağan olunmasını nəzərədə tutur.

Respublikaçı Coş Hauli tərəfindən Senata təqdim edilən müvafiq qanun layihəsi federal departamentlərin əməkdaşlarına adı çəkilən sosial şəbəkədən istifadəni yasaqlamağa imkan verəcək.

Eyni zamanda, qanun layihəsi ABŞ prezident administrasiyasındakı İdarəetmə və Büdcə İdarəsi üzərinə “həmin proqramı ləğv etmək üçün standartlar və təlimatlar hazırlamaq öhdəliyini” qoyur.

Qeyd edək ki, bundan öncə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns TikTok-u ABŞ-ın milli təhlükəsizliyinə real təhlükə adlandırmışdı.

Alabama qubernatoru Kay Ayvi isə artıq hökumət məmurlarına TikTok tətbiqindən dövlətə aid kompüterlərdə və digər cihazlarda istifadə etməyi qadağan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR