İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ilk yarım saatda bu donanmanı məhv edəcək


Rusiyanın Ukrayna ərazisinə nüvə zərbəsi endirəcəyi təqdirdə ABŞ Qara dəniz donanmasını və onun sahildəki bütün bazalarını ilk yarım saat ərzində məhv edəcək.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontkovski deyib.

O, Vaşinqtonun bunun üçün nüvə silahına əl atmayacağını, əksinə, böyük şərti üstünlüyündən istifadə edəcəyini vurğulayıb:

"Əgər bu, Moskvada təəssürat yaratmasa, o zaman bir neçə gün ərzində Ukrayna ərazisində yerləşən bütün rus qruplaşmasını külə döndərəcəklər. ABŞ heç bir halda nüvə silahı ilə cavab verməyəcək. Çünki bu, mənasız terror cinayətidir. Amma onlar rusları daha sərt cəzalandıracaqlar".

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR