İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ husi təhlükəsi ilə mübarizə üçün koalisiya yarada bilər

Birləşmiş Ştatlar Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəməndəki husi üsyançılarının yaratdığı təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çalışır.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.

"Bu hücumlar təhlükəlidir və beynəlxalq hüququ pozur. Buna görə də biz bu təhlükə ilə mübarizədə beynəlxalq koalisiya yaratmaq üçün addımlar atırıq", - Pentaqon rəhbəri bildirib.

O vurğulayıb ki, husilərdən gələn təhlükə beynəlxalq problemdir və müvafiq cavab tədbirləri görülməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR