İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hökuməti TikTokun qadağan edilməməsi üçün şərt irəli sürüb

Ağ ev administrasiyası TikTok sosial şəbəkəsinin çinli sahiblərindən öz hissələrini satmalarını istəyir. Əks halda sosial şəbəkənin Birləşmiş Ştatlar ərazisində istifadəsinə qadağa qoyulacaq.

AZƏRTAC “The Hill” nəşrinə istinadla xəbər verir ki, bu tələb ABŞ Maliyyə Nazirliyinin xarici sərmayələr komitəsi tərəfindən irəli sürülüb.

Ötən ilin sonlarında ABŞ Konqresi federal hökumətin elektron qurğularında və telefonlarında TikTok sosial şəbəkəsindən istifadəni qadağan edən qanunu təsdiqləyib. Amerikalı qanunvericilər, həmçinin ölkə prezidentinə tətbiqi ümumiyyətlə qadağan etməyə imkan verəcək qanun layihəsini nəzərdən keçirməyi planlaşdırır.

İndiyədək ABŞ-nin 13 ştatı mənzil-qərargahı Çində yerləşən “ByteDance” kompaniyasına məxsus TikTok tətbiqinə qarşı tədbirlər görüb. Hakimiyyət orqanları hesab edir ki, “TikTok” Çin hökuməti tərəfindən amerikalı istifadəçilərin məlumatlarını toplamaq üçün istifadə oluna bilər. Birləşmiş Ştatlarda 100 milyon nəfərdən çox TikTok istifadəçisi var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR