İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ geri çəkilir: Çin mallarına rüsumlar 2 dəfədən çox azaldılacaq

Vaşinqton gələn həftə Çindən idxal olunan mallara rüsumları 145 faizdən 50 faizə endirməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı New York Post mənbələrə istinadən yayıb. Bildirilir ki, bu addım İsveçrədə mayın 11-də başlayacaq danışıqlar ərəfəsində atılacaq.

Qəzet qeyd edir ki, Amerika rəsmiləri razılığın əldə olunması prosesinin uzun çəkəcəyini gözləyirlər.

Digər mənbəyə görə, rüsumların dərəcəsi hələ dəqiq müəyyən edilməyib və 50 faizdən 54 faizə qədər ola bilər. ABŞ prezidenti Donald Tramp aprelin 21-də ABŞ-ın üç böyük pərakəndə satış şirkətinin - Walmart, Target və Home Depot-un rəhbərləri ilə məsələni müzakirə edib. Onların hamısı Ağ Ev görüşünü "məhsuldar" və "konstruktiv" adlandırıb, lakin hər hansı təfərrüat verməkdən imtina edib.

Qəzetin yazdığına görə, ABŞ həmçinin bir sıra Cənubi Asiya ölkələrinə tarifləri 25 faizə qədər azalda bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

BÜTÜN XƏBƏRLƏR