İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dünya çempionatı matçından əvvəl İran bayrağına “əl gəzdirdi” - FOTO

ABŞ Futbol Federasiyası öz “Twitter” hesabında İran bayrağının gerbi (qırmızı qılınc və “Allah” sözünü simvolizə edən dörd aypara) olmayan şəkildə fotosunu dərc edib. Bu, İrandakı etirazlara dəstək məqsədilə edilib.

Qeyd olunur ki, bayrağın dəyişdirilmiş variantı noyabrın 29-da Qətərdəki dünya çempionatının qrup mərhələsinin ABŞ və İran komandaları arasında keçiriləcək oyunun anonsunda dərc olunub. Beləliklə ABŞ insan hüquqları uğrunda mübarizə aparan iranlı qadınları dəstəkləmək istəyib.

 

Buna cavab olaraq İran Futbol Federasiyasının nümayəndələri ABŞ-ni FIFA qaydalarını pozmaqda ittiham ediblər.

Daha sonra Amerika Futbol Federasiyası postu indiki İran bayrağı olan versiya ilə əvəz edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR