İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət katibi Marko Rubio Avropanı inandırmağa çalışacaq – “Tramp Ukraynaya dəstəyi davam etdirəcək”

ABŞ dövlət katibi Marko Rubio Avropa ölkələri və Ukrayna nümayəndələri ilə yüksək səviyyəli danışıqlara hazırlaşır.

Musavat.com xəbər verir ki, avqustun 21-də Rubionun Avropa dövlətlərinin və Ukraynanın milli təhlükəsizlik müşavirləri ilə “diplomatik danışıqlar” aparacağı gözlənilir.

“The New York Times”ın məlumatına görə, Rubionun əsas məqsədi Avropa ölkələrini inandırmaq olacaq ki, Tramp hər zaman dəyişkən mövqelərinə baxmayaraq, Ukraynanı dəstəkləmək öhdəliyini davam etdirəcək.

Danışıqlar zamanı həmçinin Ukrayna üçün təklif edilən təhlükəsizlik zəmanətlərinin detalları müzakirə ediləcək.

Məsələ üzrə Tramp administrasiyasından mənbə bildirib ki, görüşdə bu zəmanətlərin necə ola biləcəyi və Zelenski ilə Putin arasında mümkün görüşdən əvvəl hansı addımların atılacağı müəyyənləşdiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR