Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar Vaşinqtonun İrəvana dəstəyini gücləndirməkdən ötrü hansı addımlar ata biləcəyini müəyyən etmək üçün Ermənistandan gələn “bir sıra sorğuları” nəzərdən keçirir.
Musavat.com bildirir ki, bu açıqlama ilə ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində ABŞ diplomatiyasının rəhbəri heç bir təfərrüata varmadan deyib:
“Biz Ermənistanla dəstəyimizi və əməkdaşlığımızı gücləndirmək üçün daha nə edə biləcəyimizi müəyyən etmək üçün Ermənistandan gələn bir sıra sorğuları nəzərdən keçiririk”.
Eyni zamanda, Blinken xatırladıb ki, aprelin əvvəlində onun Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə birgə görüşü baş tutub. Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, bu məsləhətləşmələr məhz ABŞ və Aİ-nin Ermənistanı dəstəkləmək üçün daha nə edə biləcəyini öyrənmək üçün aparılıb”.
“Və biz bir sıra müxtəlif sahələrdə irəliləyəcəyik”, - Blinken əlavə edib.
ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalayacağına da ümid etdiyini bildirib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ