İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamenti Blinkenin dedikləri ilə bağlı açıqlama yaydı  

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanla bağlı son açıqlaması haqlı olaraq etirazlar doğurub. Qeyd edək ki, söhbət “Politico” nəşrində dərc olunmuş məqalədə Blinkenin “yaxın həftələrdə Azərbaycanın Ermənistanın cənubuna hücumunu mümkün hesab etməsi” və digər iddialardan gedir.

Musavat.com bildirir ki, Dövlət Departamentinin sözçüsü məsələ ilə bağlı açıqlama yayıb. ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən saytımıza göndərilən açıqlamada deyilir: “Birləşmiş Ştatlar Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğulamışıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq. Bu məqalədəki məlumat qeyri-dəqiqdir və katib Blinkenin qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”.

Qeyd edək ki, Ermənistan mediası da bu mövzuda açıqlama yayıb. Musavat.com bu haqda erməni mediasına istinadən xəbər verir. Departamentin sözçüsü Metyu Miller Armenpress-ə bildirib ki, "Politico" tərəfindən yayılan məlumatlar ABŞ dövlət katibinin konqresmenlərlə müzakirə etdiklərini əks etdirmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR