İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sənsizliyimin 40 günü tamam olur” - VİDEO

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum anası ilə bağlı paylaşım edib.

Aparıcı valideyninin videosunu paylaşaraq mayın 24-ü ölümünün 40 gününün tamam olduğunu yazıb:

“Anacan, sənsizliyimin 40 günü sabah tamam olur. Sabah yenə də qonaqların gələcək. Onlara sənin yoxluğunu göstərməmək üçün əlimdən gələni edəcəyəm. Amma nə etsəm də, sən ola bilməyəcəyəm. 

Gözəl anam, sənsiz 40 gün 40 ilə bərabər oldu… Atam sənsizliyə dözə bilmir. Hər günümüz, hər anımız səninlə bağlıdır. Uşaqlıqdan sənsizliyi düşünəndə dəli olurdum, elə bilirdim ki, sən olmasan ölərəm! Amma… Mən sənsiz ölmədim, mən bağışla”.

Aparıcının anasının 40 mərasimi sabah Heydər məscidində baş tutacaq.  (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

23 May 2025

BÜTÜN XƏBƏRLƏR