İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur universitetdə kütləvi atışma: 5 nəfər öldü, 6 nəfər yaralandı - TƏFƏRRÜAT, VİDEO

ABŞ-ın Florida ştatında yerləşən universitetlərdən birində baş verən kütləvi silahlı hücum faciə ilə nəticələnib. Musavat.com yerli media qurumlarının yaydığı məlumata əsasən bildirir ki, hücum nəticəsində azı 5 nəfər həlak olub, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara əsasən, hücumu iki nəfər təşkil edib. Onlardan biri artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, digərinin axtarışları isə davam edir.

Hadisə yerinə polis və fövqəladə yardım xidmətləri cəlb olunub. Universitet ərazisi dərhal boşaldılıb, tələbə və müəllim heyətinin təhlükəsizliyi üçün xüsusi rejim tətbiq edilib.

ABŞ hüquq-mühafizə orqanları insidentin motivlərini araşdırır. Hücumun terror aktı olub-olmadığı hələlik məlum deyil. Hadisə ilə bağlı əlavə məlumatlar açıqlanacağı gözlənilir.

Musavat.com ABŞ mediasının yaydığı görüntüləri təqdim edir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR