İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də avtomobil yarışı zamanı dəhşətli qəza: Çox sayda maşın toqquşdu

ABŞ-nin Ayova ştatında oval avtodromda keçirilən "IndyCar" çempionatının yarışı zamanı dəhşətli qəza baş verib.

Musavat.com bildirir ki,  bu barədə Oxu.Az f1news.ru saytına istinadən məlumat verir.

Məlumata görə, yarışda "Penske" komandasının heyətində mübarizə aparan Uill Pauer qələbə qazanıb, lakin o, finiş xəttini keçərkən arxasında dörd avtomobil bir-biri ilə toqquşub.

"IndyCar"ın sosial şəbəkə hesablarında yayımlanan videoda hadisənin bütün rakurslardan anbaan görüntüləri əks olunub.

Qəzada xəsarət alan bütün iştirakçılara dərhal tibbi yardım göstərilib. Onlardan üçü avtodromun tibb məntəqəsində müayinədən sonra buraxılıb, daha birinin də huşunun yerində olduğu və vəziyyətinin təhlükəli olmadığı bildirilib. Lakin o, daha ətraflı müayinə üçün yerli xəstəxanaya yerləşdirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR