İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan molla rejiminə TƏRS ŞİLLƏ - İran lideri qorxur...

"Edamlar İran liderlərinin öz xalqından qorxmalarının əlamətidir"

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays nazirlikdə keçirilən gündəlik mətbuat konfransında İrandakı edamlarla bağlı açıqlamalar verib.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

İranda edamların xalqı qorxutmaq üçün həyata keçirildiyini deyən Prays molla rejimini tənqid edib.

"Bu hərəkəti ən sərt şəkildə qınayırıq. Edamlar İran xalqının canına qorxu salmaq üçün həyata keçirilir. Bu isə onun göstəricisidir ki, İran hökuməti öz xalqından nə qədər qorxur” - sözçü bildirib.

Xatırladaq ki, İranda davam edən etiraz aksiyaları zamanı İnqilab Keşikçiləri Korpusunun 2 Besiç üzvünü öldürməkdə və 4 nəfəri yaralamaqda təqsirli bilinərək ölüm cəzasına məhkum edilən 23 yaşlı Mecidrza Rəhnavərd Məşhəd şəhərində ictimaiyyət qarşısında edam edilib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR