İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Macarıstana QADAĞA

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ən yüksək səviyyəli respublikaçı Ceyms Riş Amerika silahlarının Macarıstana satışını əngəlləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ senatoru Macarıstanın İsveçin NATO-ya girişinə əngəl törətdiyi üçün “cəzalandırıldığını” açıqlayıb.

“Macarıstan 24 HIMARS reaktiv yaylım atəşi sistemləri qurğusu, yüzdən çox raket və kapsul, müvafiq ehtiyat hissələri almaq istəyirsə, İsveçin NATO-ya qoşulmasına razılıq verməlidir”, - deyə Riş “The Washington Post” qəzetinə açıqlamasında bildirib.

Qeyd edək ki, ABŞ-ın Macarıstana verəcəyi hərbi yardım paketinin dəyəri 735 milyon dollardır.

ABŞ-ın xarici ölkələrə iri həcmdə silah satışları ABŞ Senatı və Nümayəndələr Palatasının Xarici Əlaqələr komitələrinin sədrləri və üzvlərindən icazəni tələb edir. Rişin qərarı Macarıstana silah satışı prosesinin davam etdirilməsinə imkan vermir. ABŞ Dövlət Departamenti və Macarıstan hökuməti vəziyyəti şərh etməkdən imtina edib.

Xatırladaq ki, Macarrıstan Türkiyə ilə bərabər, İsveçin NATO üzvlüyünə qəbul olmasına qarşı çıxır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR