İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan İrana yeni sanksiya...

ABŞ İranın raket və pilotsuz uçuş aparatları (PUA) proqramı ilə bağlı yeni sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Bəyanata görə, İranın sabitliyi pozan ballistik raket və PUA proqramlarını təmin edən İran, Honq-Konq, Çin və Venesueladakı 11 fiziki şəxsə, 8 qurum və bir gəmiyə sanksiya tətbiq edilib.

“Sanksiya tətbiq edilən şəxslər İslam İnqilabı Keşikçiləri Korpusu, İran Silahlı Qüvvələrinin Müdafiə və Maddi-Texniki Nazirliyi və ya onların tabeliyində olan qüvvələrə raket və PUA istehsalı və yayılmasında dəstək veriblər”, - bəyanatda qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR