İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan HƏMAS-la bağlı bəyanata SƏRT REAKSİYA

ABŞ Senatının çoxluq lideri Çak Şumer Çinin HƏMAS-ın son hücumu ilə bağlı bəyanatından çox məyus olduqlarını, bəyanatın İsrailə heç bir rəğbət və ya dəstək ifadə etmədiyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Şumer bunu Çinin xarici işlər naziri Van İ ilə görüşdə deyib.

"Mən sizi və Çin xalqını İsrail xalqının yanında olmağa, bu qorxaq və vəhşi hücumları pisləməyə çağırıram", - deyə Çak Şumer bildirib.

Şumer bu həftə Çinə gedən 6 senatordan ibarət nümayəndə heyətinə rəhbərlik edir.

Çak Şumerin sözlərinə görə, Senat nümayəndə heyətinin əsas prioriteti iki ölkə arasında ədalətli ticarəti təmin etməkdir.

"Çin xalqının iqtisadi imkanlara sahib olmasını istəyirik. Bu, ABŞ üçün də yaxşı olardı. Ancaq Çin həm də ABŞ şirkətləri və işçiləri üçün bərabər şərait yaratmalıdır. Bir çox amerikalı indi belə ədalətin olduğuna inanmır", - deyə ABŞ senatoru söyləyib.

Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi bəyanatında hər iki tərəfi təmkinli olmağa və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Bəyanatda müstəqil Fələstin dövlətinin yaradılmasının problemin həlli üçün fundamental yol olduğu vurğulanıb.

"Münaqişənin bərpası bir daha göstərir ki, sülh prosesinin uzanması çox davam edə bilməz", - deyə bəyanatda deyilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR