İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan gələn üç elçi onlar üçün əfv istəyir

Amerika terrorçuların bağışlanmasını doğru addım hesab edirsə, onda niyə Quantanamodakı məhbusları bağışlamırlar?

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin Qarabağda baş verən hadisələrə hiddətli və qərəzli münasibəti bəllidir.  Yuri Kimin Senatın Xarici Əlaqələr Komitəsindəki çıxışında "ABŞ "Dağlıq Qarabağ"ın (belə bir inzibati vahid yoxdur) erməni əhalisinə qarşı etnik təmizləmə və ya digər vəhşiliklər törətmək üçün qısa və ya uzunmüddətli heç bir hərəkətə və ya səyə dözməyəcək" bəyanatı Bakıda haqlı narazılıq yaratmışdı.

Dövlət katibinin müavininin açıqlaması əlbəttə ki, yersiz təhdiddən başqa bir şey deyildi. Azərbaycan antiterror tədbirləri ilə göstərdi ki, öz ərazisində silahlı xunta rejimi ilə vətəndaşı hesab etdiyi erməni əhalisi ilə bərabərlik işarəsi qoymur. Onların təhlükəsizliyinə də hər cür təminat verilir.  Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin yardımçısı postunda səlahiyyətləri icra edən, əslən koreyalı olan amerikalı diplomat qadının siyasət qaydalarından və diplomatik etikadan çox uzaq açıqlamasına baxmayaraq Prezident İlham Əliyev həm onu, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib. Görüşdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində yaranmış hazırkı vəziyyət barədə fikir mübadiləsi aparıldı.

 Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edildiyini deyən Prezident İlham Əliyev onların Azərbaycan ərazisindən çıxarılması prosesinin həyata keçirildiyini bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, antiterror tədbirləri zamanı mülki əhaliyə ziyan dəyməyib, hədəf ancaq qanunsuz erməni silahlı birləşmələri və hərbi obyektlər olub.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.

 Dövlətimizin başçısı qeyd edib ki, rəsmi Bakı ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.

Yada salaq ki, bu görüşdən bir gün əvvəl ABŞ dövlət Katibi Entoni Blinken  Prezident Əliyevə zəng edib və mətbuatın yazdığına görə, Blinken Qarabağa beynəlxalq missiyanın göndərilməsini, ermənilərə amnistiya verilməsini və ermənilərin hüquqlarını müdafiə etməyə çağırıb. Ekspertlərə görə, əli azərbaycanlıların qanına batmış terrorçuların cəzasız qalmasına Prezident razılıq verməz,  çünki bu, prinsipial  məsələdir. Bunu bilə-bilə Qərb dairələrinin və Blinkenin bu cür təkliflə çıxış etməsində əslində məqsəd nədir? Amerikada  terrorçuların bağışlanmasını doğru addım hesab edirlərsə, onda niyə Quantanamodakı məhbusları bağışlamırlar? Blinkenin bu cür təkliflə çıxış etməsi isə əslində doğru deyil. Daha bizdən nələr istəyirlər?

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, son zamanlar az qala hər gün Qarabağda təkcə bizim yox, bütövlükdə dünyada bölgəmizdəki prosesləri izləyənlərin böyük əksəriyyətinin qətiyyən gözləmədiyi hadisələr baş verir: “Çox yox, təqribən bir ay əvvəl heç kimin ağlına gəlmirdi ki, Azərbaycan hakimiyyətinə meydan oxuyan, Ağdam yolunu bağlayaraq nəqliyyatın hərəkətinə imkan verməyən separatçı Qarabağ erməniləri təqribən bir həftə ərzində bu duruma düşəcəklər, dünyanın supergücləri - Rusiya, ABŞ,  Avropa Birliyi Azərbaycan Prezidentinin beynəlxalq hüquq çərçivəsində atdığı qəti addımlara qarşı bu qədər təsirsiz qalacaq, ilk növbədə ermənilərin gözlədiyi addımları ata bilməyəcəklər. Söhbət BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qəbul olunmasından, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsindən və s. məsələlərdən gedir. Rusiyanın davranışı ilə bağlı məsələlər müəyyən qədər aydındır. Ermənistan hakimiyyətinin dalbadal atdığı yanlış addımlar nəticəsində böyük qonşumuz növbəti dəfə neytrallıq göstərmək və hətta bəzi məqamlarda antierməni mövqeyi tutmaq qərarına gəldi. Yeri gəlmişkən, bu cür davranış müəyyən qədər gözlənilən idi.

Ancaq ABŞ və müttəfiqlərindən ermənilərin gözləntiləri daha böyük idi və heç də təsadüfi deyil ki, ABŞ ermənilərinin diaspor təşkilatı - ANKA prezident Baydeni son günlər baş verən tarixi hadisələrin əsas günahkarı elan edib. Etiraf olunmalıdır ki, ABŞ-Ermənistan münasibətləri son illərin ən soyuq dövrünü yaşayır. Təbiidir ki, bu şəraitdə  qarşıdan gələn seçkilər barədə düşünmək məcburiyyətində olan Ağ Ev administrasiyası erməni seçicilərin səsini almaq üçün müəyyən addımlar atmaq, təkliflərlə çıxış etmək məcburiyyətindədir. Görünür, hələlik ağıllarına gələn, yaxud mümkün hesab olunan ABŞ dövlət Katibi Entoni Blinkenin  Prezident Əliyevə ard-arda zəng etməsi, Qarabağa beynəlxalq missiyanın göndərilməsini təklif etməsi, ermənilərə amnistiya verilməsi və onların hüquqlarını müdafiə etməyə çağırması olub. Təbii ki, bu təklif və çağırışların bir hissəsi müəyyən şərtlər qarşılığında qəbul oluna bilər və bu barədə qərarı Azərbaycan Prezidenti verəcək.

Yeri gəlmişkən, son dövrlər bütün dünyada Azərbaycan Ordusunun apardığı əməliyyatlar diqqətlə araşdırılır və öyrənilir. Ancaq son illər baş verən hadisələr araşdırılarkən dövlət başçımızın zərgər dəqiqliyi ilə apardığı xarici siyasətin diqqətlə öyrənilməsinə xüsusi diqqət yetirilməsi vacibdir. Bu möhtəşəm “diplomatiya dərsi”ni almaq həm erməni siyasətçiləri, həm də onlarla eyni mövqedən çıxış edən “milli siyasətçilərimiz” üçün xüsusilə vacibdir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR