İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Blinken-Lavrov görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Musavat.com xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinkenin rusiyalı həmkarı Sergey Lavrovla niyə görüşdüyü barədə suala mətbuat katibi Prays belə cavab verib:

“Lavrovla çox qısa görüş oldu. Bu, təkbətək görüş və ya ikisinin uzunmüddətli söhbəti deyildi. Bu, Blinkenin ABŞ və dünyanın qalan hissəsi üçün vacib olan mesajları aydın və birbaşa çatdırmaq üçün vəziyyətdən istifadə etdiyi olduqca qısa bir danışıq idi".

Blinkenin Lavrova 3 mesaj verdiyini vurğulayan Prays qeyd edib ki, ABŞ dövlət katibi Rusiya tərəfindən Yeni START müqaviləsini dayandırılmasının bütün dünyada narahatlıq yaratdığını bildirib, Rusiyada həbsdə olan ABŞ vətəndaşı Pol Uilanın azadlığa buraxılması təklifini xatırladıb, Ukraynaya dəstək ifadə edib.

"Biz bu müharibənin bu əsasda bitməsini istəyirik. Biz Ukraynanın yanındayıq və bu mübarizəni dəstəkləməyə davam edəcəyik. Blinken bizim və dünyanın qalan hissəsi üçün vacib olan aydın və birbaşa mesajları çatdırmaqdan çəkinməyəcək” - Prays deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR