İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ da “TikTok”u qadağan etməyə hazırlaşır

Amerika Birləşmiş Ştatları (ABŞ) “TikTok” sosial şəbəkəsini ölkənin hər yerində qadağa etməyə hazırlaşır.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da TikTok-u qadağan edən qanun layihəsi 16 partiyanın leyhinə verdiyi səsvermənin nəticəsiylə Ağ Evə göndərilib.

Prezident Baydenin qərarına əsasən, TikTok bütün ABŞ-da qadağan ediləcək.

Belə bir qadağa qərarının Avropa Birliyi tərəfindən də verilə biləcəyi bildirilir.

Qeyd edık ki, ötən ilin dekabr ayından etibarən ABŞ-da, bu yaxınlarda isə Avropa Birliyi və Kanada dövlət qulluqçularına “TikTok” istifadəsini qadağan olunmuşdu.

Buna səbəb kimi sosial şəbəkənin gənclərin zehni inkişafına mənfi təsiri və şəxsi məlumatların sızdırılması göstərilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR