Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Kaliforniya ştatındakı Moxave səhrasında “Overture” adlı yeni nəsil sərnişin təyyarəsinin uğurlu sınaqları keçirilib.
Musavat.com xəbər verir ki, bu, ABŞ tarixində səsdən sürətli ilk mülki sərnişin təyyarəsi olub.
Təyyarə 1358 km/saat sürətə çataraq, Amerika və Avropa arasındakı uçuş müddətini cəmi 3,5 saata endirə biləcək. Bu isə mövcud uçuş vaxtından iki dəfə sürətlidir.
İnnovativ layihə üzərində çalışan “Boom Technology” şirkəti artıq 130-dan çox ilkin sifariş qəbul edib. Sifarişçilər arasında “United Airlines” və “American Airlines” kimi nəhəng hava yolları şirkətləri də var.
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ