Onlayn ictimai-siyasi qəzet
ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilər ərəfəsində 78 milyondan çox vətəndaş erkən səsvermə imkanından yararlanıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu bazar günü axşam Florida Dövlət Universitetinin yaydığı məlumat sübut edir.
Məlumata görə, 42,6 milyondan çox insan şəxsən seçki məntəqələrində olub, 35,3 milyona yaxını isə poçt vasitəsilə səs verib.
ABŞ-da qeydə alınmış seçicilərin ümumi sayı təxminən 168 milyon nəfərdir. Ən böyük fəallıq Texas (8,9 milyon səs), Florida (8,1 milyon), Kaliforniya (7,6 milyon), Şimali Karolina (4,4 milyon) və Corciyada (4 milyon) qeydə alınıb.
Musavat.com
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ