İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ BMT TŞ-ni Şimali Koreyanın peyk buraxmasına cavab verməyə çağırıb

BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı aydın addım atmalı və ölkənin hərbi kəşfiyyat peykini buraxmaq cəhdlərinin qarşısını almalıdır.

"Report" "Yonhap"a istinadən xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki səfiri Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının iclasında deyib.

"Biz KXDR-in qanunsuz davranışını birmənalı şəkildə pisləməliyik. Həmçinin onu Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə tam və sədaqətlə əməl etməyə çağırmalıyıq", - səfir bildirib.

Bundan əlavə, Tomas-Qrinfild Rusiya və Çinin KXDR-in hərəkətlərini pisləməkdən imtina edərək, beynəlxalq sülh və təhlükəsizliyi dəstəkləmək üzrə öhdəliklərinə əməl etmədiyini vurğulayıb.

Xatırladaq ki, mayın 31-də KXDR “Malliqyonq-1” hərbi casus peykini orbitə çıxarmaq üçün ilk cəhdi edib. Bununla belə, reaktiv daşıyıcı aparat hərəkət qabiliyyətini itirərək Sarı dənizə düşüb.

Avqustun 23-də Şimali Koreya yenidən orbitə peyk çıxarmağa cəhd etsə də, bu da uğursuzluğa düçar olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR