Onlayn ictimai-siyasi qəzet
İranın siyasi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cəmşidi deyib ki, Amerika hakimiyyəti İrandan onların mövqelərinə hücum etməməyi xahiş edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı IRNA agentliyi yayıb.
Cəmşidi X səhifəsində yazıb: “İran yazılı mesajında ABŞ-ı İsrailin baş naziri Benyamin Netanyahunun tələsinə düşməmək və zərər görməmək üçün geri çəkilmək barədə xəbərdarlıq edib”.
O əlavə edib ki, ABŞ buna cavab olaraq İrandan Amerika hədəflərinə hücum etməməyi xahiş edib.
Musavat.com
27 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ