İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycan və Ermənistanı gərginliyi azaltmağa çağırır

Cümə axşamı Vaşinqton Ermənistanla Azərbaycanı Qarabağda vəziyyətin dərhal deeskalasiyası üçün birbaşa kanallardan istifadə etməyə çağırıb, Turan-ın Amerika müxbiri məlumat verib.

"ABŞ qaz təchizatındakı fasilələrdən və Azərbaycan qoşunlarının yerdəyişməsindən çox narahatdır", - Dövlət Departamentinin Avropa və Avrasiya üzrə bölməsinin Tvitterdəki məlumatında deyilir.

Bundan öncə dövlət katibinin köməkçisi Karen Donfrid Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla söhbət edib.

Dövlət Departamenti zəngləri "vacib" kimi xarakterizə edib. Başqa təfərrüatlar açıqlanmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR