Onlayn ictimai-siyasi qəzet
Ötən ay Azərbaycanın regionda xüsusi əməliyyata başlamasından bir neçə gün əvvəl Rusiya, ABŞ və Avropa İttifaqı (Aİ) Qarabağla bağlı gizli danışıqlar aparıb.
Musavat.com xəbər verir ki, bu barədə müzakirələrlə tanış olan yüksək səviyyəli diplomata istinadən Politico qəzeti məlumat yayıb.
Mənbə nəşrə bildirib ki, danışıqlar sentyabrın 17-də İstanbulda baş tutub, əsas diqqət yerli sakinlərin yanacaq və ərzaqla təmin olunması üçün Ermənistandan Qarabağa humanitar karvanların keçməsi olub.
ABŞ-ı danışıqlarda Qafqaz üzrə baş müşavir Lui Bono, Avropa İttifaqını regional nümayəndəsi Toivo Klaar, Rusiyadan isə prezident Vladimir Putinin Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib.
ABŞ Dövlət Departamentinin rəsmisi görüşlə bağlı şərh verməkdən imtina edərək, bunu özəl diplomatik müzakirə adlandırıb.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ