İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ “A-10” qırıcılarını istismardan çıxarır


2023-cü maliyyə ilinin müdafiə büdcəsi qanun layihəsi bir neçə “A-10” qırıcısının istismardan çıxarılmasını ehtiva edir və ABŞ Müdafiə Nazirliyinə beşinci nəsil “F-22” qırıcılarını saxlamağa icazə verir.

Musavat.com xəbər verir ki, bu barədə “Breaking Defence” nəşri məlumat yayıb.

Qeyd edilib ki, İndiana ştatındakı Fort Ueyn Hərbi Hava Qüvvələri bazasının 21 qırıcısı istismardan çıxarılacaq, onların yerini yeni modifikasiyalı dördüncü nəsil “F-16” qırıcıları alacaq.

Digər tərəfdən, qanun layihəsi Pentaqona döyüş təyyarələri parkını 1 970-dən 1 800 ədədə qədər azaltmaq imkanı verir, xüsusən də köhnəlmiş 26 ədəd “F-16” qırıcısından və 67 ədəd “F-15” təyyarəsindən imtina etməyə imkan verir.///report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR