İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan: “Paşinyan II Qareginin yerinə katolikos axtarır”

“Ermənistan baş naziri Nikol Paşinyan II Qareginin yerinə yeni katolikos tapmaq üçün axtarış aparır”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan danışıb.

“Mən bilirəm ki, o, kim katolikos olacaq məsələsində danışıqlar aparır. Gedib insanları razı salmağa çalışır: “Kilsə rəhbərliyinə qarşı çıxın, hər şey düzələcək””, - deyə o bildirib.

Abramyanın iddiasına görə, Paşinyanın bu səyləri nəticəsiz qalacaq, çünki kilsə güclüdür.

“Paşinyan katolikosa qarşı ittihamlar irəli sürür. Amma bu onun işi deyil. Kimdir katolikos? O, seçilmiş şəxsdir. Deməyə sözün varsa, de, amma qoy onlar özləri qərar versinlər”, - deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR