İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan: “Paşinyan Armen Aşotyanı çoxdan həbs etdirmək istəyirdi”


Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın həbsi uzun planlaşdırma prosesindən keçib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“İqtidarın Aşotyanı azadlıqdan məhrum etməklə susdurmaq həvəsi proqnozlaşdırılan idi. Lakin digər tərəfdən, siyasi məhbusların sıralarını bu qəbildən olan bir şəxslə doldurmaq onu göstərir ki, daxili qorxular və həqiqətlə üzləşə bilməmək hakimiyyəti bu cür avantürizm yolu ilə getməyə məcbur edir. Paşinyan hakimiyyətinin bu çirkin addımı onun üçün əks təsirə səbəb olacaq”,-deyə Abramyan bildirib.

Xatırladaq ki, Ermənistanın keçmiş təhsil naziri və Serj Sərkisyanın yaxın adamı Armen Aşotyan bu günlərdə İrəvan Dövlət Universitetində pul mənimsəməkdə suçlanaraq həbs olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR