İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan: “Ermənistan Milli Təhlükəsizlik Xidməti Samvel Babayanı araşdırmalıdır”


“Samvel Babayan Ermənistanın Birinci Kanalında Qarabağ separatçılarının rəhbərliyinin (mətndə uydurma bir addan istifadə olunur-red.) xəbəri olmadan Azərbaycanla əlaqə saxlayıb və təkliflər verib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalif “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan yazıb.

“Bizdə sadə vətəndaş hər hansı mövzuda Azərbaycanla əlaqə saxlasa, MTX ən azı müvafiq işləri görərdi.

Qarabağ ermənilərinin ikinci qüvvəsinin lideri seçicilərini, siyasi qüvvəsini, xalqı çətin vəziyyətə qoyub, üstəlik bölgəni tərk edərək ilk gedənlərdən biri olub. Bu adam indi də Birinci kanalda sevinclə hansısa etiraflar edir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Babayanın Azərbaycanla necə, kimin vasitəçiliyi ilə və nə haqda danışdığını aydınlaşdırmalıdır”,-deyə Abramyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR