Onlayn ictimai-siyasi qəzet
“Sərhədin demarkasiyası” prosesi çərçivəsində hakimiyyət müxtəlif güc strukturları və hakim partiyanın sponsorları vasitəsilə Tavuş vilayətində böyük miqdarda dezinformasiya yayır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində erməni müxalif deputatı, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan yazıb.
“Hətta qonşu kəndlərdə belə çox hallarda proseslə bağlı bir-birinə zidd olan məlumatlar verilir və bütün bunlar kifayət qədər yaxşı hazırlanmış, pərdələnmiş bir ssenari əsasında həyata keçirilir. Məhz buna görə də, çox vaxt müzakirə olunan mövzunun ilkin mənbəyini müəyyənləşdirmək çətin olur, çünki mövzu elə dəyişikliklərə məruz qalır ki, bütün bunlara yetişmək mümkün olmur. Bir sözlə, Paşinyan növbəti fırtına ərəfəsində total dezinformasiya vasitəsilə genişmiqyaslı informasiya hazırlığı aparır və bəzi istiqamətlərdə informasiya blokadasından istifadə edir”,-deyə revanşist siyasətçi qeyd edib.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ