İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan: "Ermənistan ətrafındakı vəziyyət İranı narahat edir - onlar hərbi əməkdaşlığa hazırdırlar"


“İranın müxtəlif dairələri ilə görüşlərim və müzakirələrim zamanı Süniklə (Zəngəzur-red.) geniş söhbətlər apardım”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, İran rejimində Zəngəzur mövzusunu həm coğrafi, həm də siyasi baxımdan Qarabağ məsələsi ilə eyni müstəvidə hesab edənlər çoxdur.

“Təsadüfi deyil ki, Qarabağın Azərbaycanın nəzarətində olması da İranın maraqlarına böyük ziyan vurmaq kimi qəbul edilir. Orda belə bir fikir var ki, Ermənistan və İran Zəngəzurun təhlükəsizliyi və sabitliyi üçün addımlar atsalar da, Qarabağ azərbaycanlıların əlində olduğu müddətdə İran daim təhlükəsizlik təhdidi altında olacaq. Ermənistan və xüsusən də Zəngəzur ətrafında yaranmış hərbi-siyasi vəziyyət İranı hədsiz dərəcədə narahat edir və bu riskləri neytrallaşdırmaq üçün Ermənistanla müxtəlif formatlarda, ilk növbədə hərbi sahədə dərin əməkdaşlığa hazırdırlar”,-deyə revanşist siyasətçi bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR