Onlayn ictimai-siyasi qəzet
“Avropa Birliyi ölkələrinin Rusiya prezidenti Vladimir Putinin legitimliyinin tanınması və ya tanınmaması ilə bağlı vahid mövqeyi yoxdur”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Aİ-nin xarici siyasət sözçüsü Peter Stanonun Brüsseldə keçirdiyi brifinqdə səslənib.
“Prezidentin legitimliyinin tanınması və ya tanınmaması, andiçmə mərasimində iştirak məsələsi milli səviyyədə qəbul edilən qərarlardır. AB ölkələrinin prezident Putinin legitimliyinin tanınması və ya tanınmaması ilə bağlı ortaq mövqeyi yoxdur. O, Kremldədir və qərarlar qəbul edir”, – Stano bildirib.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ