İnsanlara hürriyət, millətlərə istiqlal!

85 yaşlı qadını oğlu döyüb öldürdü

Sabirabadda döyüldüyü deyilən 85 yaşlı qadın xəstəxanada ölüb.

Hadisə rayonun Mürsəlli kəndində baş verib.

Kənd sakini - 1940-cı il təvəllüdlü Zeynalova Balabikə ötən gün bədənin müxtəlif nayihələrində ağır xəsarətlərlə rayon xəstəxanasına gətirilib. Bu gün isə həkimlərin apardığı təxirəsalınmaz tədbirlər nəticəsiz qalıb və B.Zeynalova xəstəxanada həyatını itirib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun oğlu, 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb./Qafqazinfo.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR