İnsanlara hürriyət, millətlərə istiqlal!

81 deputat ATƏT PA-nın qış sessiyasına Rusiyanı dəvət etməməyə çağırıb

Fevralın 23-24-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçiriləcək qış sessiyası ərəfəsində ATƏT-ə üzv olan 20 ölkədən 81 parlamentari Avstriya hökumətini Rusiya nümayəndə heyətini dəvət etməməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, parlament üzvünün müraciətində Rusiyanın beynəlxalq tədbirdə iştirakı təxribat kimi qəbul olunacağı ifadə edilib.

Polşa, Litva, Belçika, Kanada, Fransa, Gürcüstan, Almaniya və digər ölkələrin təmsilçilərinin müraciətini Avstriyanın Xarici İşlər Nazirliyi cavablandırıb. Nazir Aleksander Şallenberqin adından yayılan açıqlamada Avstriyanın beynəlxalq sazişlərə sadiq qalaraq Rusiya nümayəndə heyətinə ölkəyə səfər etməsinə qarşı çıxmayacağı qeyd olunub. Bildirilib ki, beynəlxalq hüquq bu mövzuda populyar olmasa da, həmin beynəlxalq hüquqa əməl olunacaq.

Eyni zamanda A. Şallenberq Rusiya nümayəndə heyətinin Vyanada olarkən səfərin təyinatı üzrə yalnız ATƏT PA iclaslarında iştirak etməli olduqlarını, əlavə tədbirlərə, xüsusilə də radikal qüvvələrin həmin vaxta təsadüf edən Akademiklər Balına qatılmayacaqlarını vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR