İnsanlara hürriyət, millətlərə istiqlal!

8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR, VİDEO

Ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan milli bayram - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Musavat.com xəbər verir ki, “Şanlı Zəfər Günü” adlı tədbir noyabrın 7-də “Sona” şadlıq sarayında baş tutub.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, "Yeni Müsavat" Media Qrupunun baş direktoru Ələsgər Süleymanov, politoloq Elçin Mirzəbəyli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyin sədr müavini Bəhruz Məmmədzadə və bir sıra tanınmış simaların iştirak etdiyi tədbirdə vətən torpaqlarının azadlığı uğrunda şəhid olan hərbçilərin və mülki vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcıları 8 Noyabr tarixinin Zəfər Günündən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs ediblər.

Qeyd edək ki, “Şanlı Zəfər Günü” adlı tədbirin təşkilatçısı “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyidir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR